Londondakı terrorda şübhəli bilinən 9 NƏFƏR SAXLANILIB
Tarix: 24-03-2017, 17:34
Londonda törədilən terror aktında şübhəli bilinən 9 nəfər saxlanılıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisədən dərhal sonra 16 ünvana baxış keçirilib. Həmin ünvanlardan bir çox sənəd və cihazlar maddi sübut kimi götürülüb.
Qeyd edək ki, İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər