Belarusda prezidentliyə sabiq namizəd həbs olunub

Xəbərin çap versiyası
Tarix: 25-03-2017, 12:24
Belarusda prezidentliyə sabiq namizəd həbs olunub

2010-cu ildə Belarusda prezidentliyə namizəd olmuş müxalifətçi Vladimir Neklyayev Minskə gələrkən Brestdə saxlanılıb.

SİVİL.AZ xəbər verir ki,Virtualaz.org-un məlumatına görə, bu barədə bu gün öz Facebook səhifəsində BelaPAN agentliyinin yaradıcısı və baş direktoru Ales Lipay bildirib.

Onun yazdığına görə, V. Neklyayev gecə saat 2-də saxlanılıb. Milis Neklyayevi, Belarusdakı vəziyyətlə bağlı müzakirələrdən sonra Varşavadan vətənə qayıdarkən, Brestdə qatardan düşürüb.

BelaPAN dəqiqləşdirib ki, saxlanıldığı barədə agentliyə telefonla Neklyayev özü məlumat verib: “Gözlənilirdi ki, siyasətçi Minskə Nümayəndələr Palatasının deputatı Anna Kanopatskoy və hüquq müdafiəçisi Ales Belyatski ilə eyni reyslə təyyarədə gələcək. Amma aeroportda onu güc strukturlarının mülki geyimli əməkdaşları gözləyirdilər”.

Xatırladaq ki, fevraldan ölkənin bir neçə şəhərində "müftəxorluğa vergi" yığımı əleyhinə icazə verilməmiş mitinqlər gedir. Aksiyalar Qomeldə, Mogilyovda, Brestdə, Vitebskdə və Minskdə keçirilir. Müxalifət əvvəlcədən elan etmişdi ki, martın 25-də respublikanın paytaxtında genişmiqyaslı nümayiş keçirəcək. V. Neklyaev də mitinqdə iştirak etməyi planlaşdırırdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz