Bolqarıstanda sabiq baş nazirin partiyası seçkidə qalib gəlib

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 12:20
Bolqarıstanda sabiq baş nazirin partiyası seçkidə qalib gəlib

Bolqarıstanda martın 26-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

SİVİL.AZ xəbər verir ki, Novator.az-ın məlumatına görə, Avropa İttifaqı tərəfdarlarını birləşdirən GERB Partiyası 32,7% səslə qalib olub.

Təmsilçisi prezident kürsüsündə oturan Sosialist Partiyası 26,8% səs toplayaraq məğlubiyyətini etiraf edib.

Daha üç koalisiya 4%-lik seçki baryerini keçib. “Birləşmiş vətənpərvərlər” bloku 9,1%, müsəlmanları birləşdirən Hüquq və Azadlıq Hərəkatı 8,4%, populist “İradə” bloku 4,1% səs yığıb.

240 yerlik parlamentə düşmək uğrunda 13 partiya, 9 koalisiya, ümumilikdə 4 min 732 namizəd mübarizə aparıb.

Ötən noyabrın 13-də Sosialist Partiyasından Rumen Radev Bolqarıstan prezidenti seçilib. Rusiya ilə yaxınlaşmaq tərəfdarı olan qüvvələrin qələbəsindən sonra GERB Partiyasının təmsilçisi olan baş nazir Boyko Borisov istefa verib və ölkə növbədənkənar seçkiyə gedib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz