Pakistan Əfqanıstanla sərhəddə hasar çəkir

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 12:34
Pakistan Əfqanıstanla sərhəddə hasar çəkir

Pakistan Əfqanıstanla sərhədin müəyyən hissələrinə hasar çəkməyə başlayıb.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, bu haqda qərar fevralın ortalarında Pakistanla Əfqanıstan sərhədində baş verən terror aktlarından sonra qəbul edilib. Belə ki, bu aktların hamısını Əfqanıstandan ölkəyə daxil olan terrorçular törətmişdi. Bu qanlı hadisələrdən sonra terrorçuların qarşısını almaq üçün fevralın 17-dən martın 20-dək sərhədin Bacaur və Moxmand istiqamətlərində keçid məntəqələri bağlı olub.

Pakistan ordusunun baş qərargah rəisi, general Kamar Cavid Badjva Qəbilələr zonasına səfəri zamanı jurnalistlərə bildirib ki, bu ərazilərdən gələn təhlükələrlə bağlı belə qərar qəbul edilib. O deyib ki, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilir, sərhəd həm yerüstü, həm də hava məkanından nəzarətə götürüləcək. Onun sözlərinə görə, İslamabad Kabulla sərhədlərin təhlükəsizliyi ilə əlaqədar ikitərəfli mexanizm hazırlamaq niyyətindədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz