Suriya ordusu İŞİD-in hava limanını ələ keçirib

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 13:39
Suriya ordusu İŞİD-in hava limanını ələ keçirib


Suriya ordusu İŞİD terrorçu qruplaşmasının paytaxtı hesab olunan Rəqqa şəhəri yaxınlığındakı hava limanını geri qaytarıb.

BBC-i xəbər verir ki, bu qələbə terrorçuların şəhərdən çıxarılması uğrunda mübarizədə əhəmiyyətli dönüş nöqtəsi hesab edilir. Hökumət qüvvələri şəhər istiqamətində hücumları davam etdirirlər. Lakin şəhərdə yaşayan əhalinin vəziyyəti olduqca gərgindir. Təkcə ötən həftə koalisiya qüvvələrinin hava zərbələri nəticəsində ölkədə 89 mülki vətəndaşın öldüyü bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz