"Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır" - BƏKİR BOZDAĞ
Tarix: 27-03-2017, 15:30
“Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan Kanadaya qaçacağı haqqında əlimizdə ciddi məlumatlar var”.
SİVİL.AZ “Report”-a istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Sabah" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin məlumartı ABŞ-ın Ədliyyə Nazirliyinə təqdim ediblər: "Kandada böyük bir təsərrüfat ərazisi aldıqlarını və bu ölkəyə keçmək üçün hazırlıqlara başladıqlarını bilirik. ABŞ-da Donald Tramp prezident olduqdan sonra bu prosesi sürətləndiriblər. Ancaq hara getməyindən asılı olmayaraq, Türkiyə ondan əl çəkməyəcək”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər