Gürcülər bu gündən Avropaya vizasız gedəcəklər

Xəbərin çap versiyası
Tarix: 28-03-2017, 11:03
Gürcülər bu gündən Avropaya vizasız gedəcəklər


Bu gündən - 28 mart tarixindən etibarən Gürcüstan vətəndaşları Avropa ölklərinə vizasız səfər edə biləcəklər.

SİVİL.AZ xəbər verir ki, Avropa Parlamenti bu il fevralın 2-də Brüsseldə keçirilən iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunması barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, bu gün ilk vizasız səfəri Gürcüstanın baş naziri Giorqi Kvirikaşvili jurnalistlər və hökumət nümayəndələrinin müşayiəti ilə həyata keçirib. O, Tbilisi aeroportundan Afinaya uçub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz