Rusiyada sunami - TƏHLÜKƏSİ

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 11:39
Rusiyada sunami -


Rusiyanın Kamçatka vilayətinin şərqində 6,7 bal gücündə zəlzələ baş verib.

SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, yeraltı təkanların episentri Ust-Kamçatsk yaşayış sahəsindən 89 kilometr şimal-şərqdə, ocağı isə 22,8 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı sunami təhlükəsi elan edib.

“Biz seysmik məlumatlara əsasən, sunami təhlükəsi elan etdik. Təhlükənin məruz qala biləcəyi zonaya Ust-Kamçatsk rayonu və Aleut rayonunun Nikolskoe kəndi daxildir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz