Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 22:52
Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı


İstanbul məhkəməsi Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası ilə bağlı booking.com saytının fəaliyyətini Türkiyədə dayandırılması barədə qərar çıxarıb.

“Habertürk”ün verdiyi məlumata görə, TURSAB hesab edir ki, booking.com rəqabət haqqında qanunu pozur və servisin fəaliyyətindən yerli turizm agentlikləri əziyyət çəkir. Eyni zamanda Assosiasiyanın vəkilləri bildirir ki, qadağa qüvvəyə mindikdə, qadağadan öncə servis vasitəsilə Türkiyə mehmanxanalarında bron etmiş müştərilərin qeydiyyatı ləğv edilməyəcək və müştəriləri otellərə məskunlaşa biləcəklər.

Qeyd edək ki, hazırda booking.com saytına Türkiyədən giriş açıqdır. Faktiki bloklanma haqqında qərar İnformasiya Texnologiyaları üzrə Şura tərəfindən qəbul olunmalıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz