New-Yorkda fövqəladə vəziyyət elan olunub
Tarix: 14-03-2017, 17:59
New-York və New-Jersey ştatlarında gözlənilən qar fırtınası üzündən fövqəladə vəziyyət elan olunub.
Fırtına ərəfəsində ABŞ prezidenti Donald Trump-ın Almaniya kansleri Angela Merkel ilə görüşü də təxirə salınıb.
Fırtına və çovğunun New-York-a 60 santimetrlik qar gətirəcəyi gözlənilir. Bəzi yerlərdə küləyin sürəti saatda 96 km olacaq.
ABŞ-ın bu böyük şəhərində məktəblər bağlanıb və hava limanlarında reyslər ləğv edilib. New-York-da fövqəladə vəziyyəti şəhər meri Bill de Blasio bəyan edib.
Çovğun üzündən artıq ABŞ prezidenti Donald Trumpla Almaniya kansleri Angela Merkelin ilk görüşü cümə gününə keçirirlib.
Manhattan-da artıq qar təmizləmə texnikası işə başlayıb
Gözlənilən qar üzündən BMT-nin New-Yorkdaki qərargahı da bağlanacaq. Bu günlərdə qərargahda qadın haqlarıyla bağlı konfans keçirilir.
New-York birjası da yüngül iş rejimində fəaliyyət göstərəcək. Treyderlərin əksəriyyəti işə çıxmayacaq və bu da ticarətin həcminə təsir göstərəcək.
FlightAware şirkətinun məlumatına görə, sabah ABŞ-da 6500 aviareys ləğv olunub. Aviareyslər əsasən ABŞ-ın şərq şəhərlərində - New-York, Washington, Boston, Baltimore və Philadelphia hava limanlarında ləğv edilib.
Ştatın bəzi regionlarında artıq temperatur güclü aşağı düşüb
ABŞ prezidenti Donald Trump ilk dəfədir ki, prezident kimi təbii fəlakətin qarşısının alınmasında iştirak edir. Trump Daxili Təhlükəsizlik Nazirliyi və FEMA (Fövqəladə Hallar Federal Agentliyi) rəhbərləri ilə görüşdüyün bildirib.
"Biz tam hazırıq. Gəlin ümid edək ki, hər şey bəzilərinin dediyi qədər pis olmayacaq. Adətən elə belə də olur ", - deyə gözlənilən qasırğanı şərh edən Trump belə deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər