Ərdoğan Putindən kreditlə silah istəyir

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 10:41
Ərdoğan Putindən kreditlə silah istəyir

Türkiyə və Rusiya prezidentlərinin son görüşündə C-400 hava müdafiə sisteminin alınması ilə bağlı da müzakirə aparılıb. civilazerbaijan.com Cebhe.info-ya istinadən bildirir ki, Ərdoğan və Putinin Türkiyəyə C-400-lərin satılması ilə bağlı müzakirəsinin davam etdiriləcəyi bildirilir. Artıq müdafiə naziri Sergey Şoyqu belə bir müzakirənin aparıldığını təsdiqləyib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, tərəflər bu məsələdə maraqlıdır və müzakirələr davam etdiriləcək.

Hələlik Türkiyə tərəfi C-400-lərin hansı komplektinə ehtiyac olduğunu müəyyənləşdirir. Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Türkiynin bu ölkədən silah almağa hazır olduğunu bəyan edib, lakin C-400 zenit-raket kompleksinin ona kreditlə verilməsinin mümkün olduğu təqdirdə məsələnin reallaşmasını daha yaxın hesab edir.

С-400 “Triumf”- uzaqməsafəli zenit-raket sistemidir. 2000-ci illərdə hazırlanıb. Orduya 2007-ci ildə qəbul olunub. İstehsalçıların fikrincə, C-400 hava hücumunnu dəf etmək üçün hər cür sistemə malikdir. Bura təyyarələr, helikopterlər, uçan pilotsuz aparatlar, qanadlı raketlər, saniyədə 4,8 km sürətlə uçan taktiki ballistik raketlər də daxildir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz