Rusiya Ukraynanın Belqorod şəhərinə hücumu nəticəsində 2 nəfərin öldüyünü bəyan edib

Xəbərin çap versiyası
Tarix: 17-03-2024, 15:46


Rəsmilər şənbə günü bildirib ki, Ukraynanın Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində iki nəfər ölüb. Bu arada Rusiya təxribatçıların sərhədi keçmək cəhdinin qarşısını aldığını iddia edib.

Civilazerbaijan.com
bildirir ki, şənbə günü baş verən hücumlar Rusiya prezidenti Vladimir Putinin müxalifəti boğmasından sonra onun çox guman ki, hakimiyyəti daha altı il idarə etməsini təmin edəcək üç günlük səsvermənin ikinci gününə daxil olduğu bir vaxta təsadüf edib.

Bölgə qubernatoru Vyaçeslav Qladkov Telegram tətbiqində bildirib ki, hücum nəticəsində bir qadın və bir kişi ölüb, üç nəfər yaralanıb.

Qladkov həmçinin deyib ki, Ukrayna dronunun sərhəddən təxminən 2 kilometr uzaqda Qlotovo kəndində maşına düşməsi nəticəsində beş nəfər yaralanıb.

Rusiyanın Müdafiə Nazirliyi həmçinin şənbə günü bildirib ki, Ukraynanın Sumı vilayətindən “Ukrayna təxribat və kəşfiyyat qrupları”nın ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.

Bundan öncə çərşənbə axşamı Ukraynada qərargahlanan rusiyalı Kreml əleyhdarları Belqorod və Kursk vilayətlərinə silahlı müdaxilə etdiklərini iddia edib. Rusiya Müdafiə Nazirliyi Moskvanın hərbi və təhlükəsizlik qüvvələrinin son hücumun qarşısını alarkən 30 döyüşçünü öldürdüyünü bildirib.

Çərşənbə axşamı sərhədi keçdiyini iddia edən qruplardan biri olan və “Ukrayna və rus xalqlarının azadlığı uğrunda mübarizə apardıqlarını” deyən Rus Könüllü Korpusu şənbə günü sosial mediada 25 rus əsgərini ələ keçirdiyini iddia etdiyi video paylaşıb.

Qruplardan bir digəri, Rusiya Azadlıq Legionu şənbə günü günortadan sonra Belqoroddakı hərbi bazalara “kütləvi zərbə” ilə bağlı xəbərdarlıq edib və sakinləri sığınmağa çağırıb.

Bundan qısa müddət sonra Rusiya Müdafiə Nazirliyi Rusiya hava hücumundan müdafiə qüvvələrinin Belqorod bölgəsi üzərində 15 raketi vurduğunu iddia edib. Yerli xəbər saytlarında binalardan havaya tüstü qalxdığını və qəlpələrin düşdüyünü göstərən videolar paylaşılıb. Videoların həqiqiliyini müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Ərazidə müharibə başlayandan bəri arabir sərhədlərarası hücumlar baş verib.

Bundan əlavə şənbə günü bölgə qubernatoru Dmitri Azaro deyib ki, Ukraynanın dron hücumu Samara regionunda Rusiyanın neft nəhəngi Rosneftə məxsus neft emal zavodunda yanğına səbəb olub. O bildirib ki, bir başqa neft emalı zavoduna hücumun qarşısı alınıb. Ölənlərin olmadığı bildirilib.

Bununla yanaşı Rusiyanın dövlət xəbər agentliyi Tass məlumat verib ki, Ukrayna dronu Ukraynanın qanunsuz şəkildə ilhaq olunan seçki məntəqəsi yaxınlığına partlayıcı atıb. Xəsarət və dağıntılar barədə məlumat verilməyib.

Hücumlar Rusiyanın Ukrayanın liman şəhəri Odesaya hücumunun ən azı 21 nəfərin ölümü ilə nəticələnməsindən bir gün sonraya təsadüf edib. Rəsmilər bildiriblər ki, ballistik raket hücumu cümə günü cənub şəhərdəki evləri partladıb, ardınca hadisə yerinə gələn yardım işçilərini hədəf alan ikinci raket hücumu olub.

Ukrayna dövlət mediasının məlumatına görə, Odesa merinin müavini Svitlana Bedreha şənbə günü deyib ki, həmin hücumlardan sonra50-dən çox insan hələ də xəstəxanadadır.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü video müraciətində hücuma “ədalətli cavab” veriləcəyinə söz verib, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz