On iki andlıdan ibarət Münsiflər heyətinin hökmü: TRAMP TƏQSİRLİDİR

Xəbərin çap versiyası
Tarix: 31-05-2024, 13:13


Donald Trampın Nyu-Yorkda porno-aktrisasını "susdurmaq üçün verilən pul"la əlaqədar qaldırılan cinayət işində münsiflər heyəti bütün maddələr üzrə ABŞ-ın sabiq prezidentini təqsirli bilib.

Civilazerbaijan.com
bildirir ki, Amerikanın az qala 250 illik tarixində ilk dəfədir ki, sabiq prezident cinayət məhkəməsində təqsirli bilinir.

12 nəfərdən ibarət münsiflər heyətinin qərarı seks iddiaları və maliyyə maxinasiyaları ilə müşayiət olunan məhkəmə işinin kulminasiya nöqtəsini təşkil edir.

Hakim Xuan Merkan hökmün oxunmasını 11 iyula təyin edib ki, bu da Respublikaçıların Milli Qurultayından dörd gün öncəyə təsadüf edir. Trampın həmin bu qurultayda rəsmən namizəd olacağı gözlənilir.

Əgər namizəd kimi təsdiq olunarsa, Amerika tarixində ilk dəfə olaraq seçicilər cinayət üzrə məhkum edilmiş şəxsin ən ali ofisə layiq olub-olmadığını müəyyən edəcəklər.

Münsiflər heyətinin gəldiyi qənaətə reaksiyasında 77 yaşlı sabiq prezident 34 cinayət madəsi üzrə təqsirli bilinməsinə görə Bayden administrasiyasını günahlandırıb. Qərar elan olunarkən məhkəmə zalında az emosiya nümayiş etdirən Tramp zaldan çıxdıqdan sonra baş verənləri "rüsvayçılıq" adlandıraraq "əsl hökm"-ün 5 noyabrda keçiriləcək prezident seçkilərində veriləcəyini deyib.

"Bizim bütün ölkədə indi saxtakarlıq baş verir," məhkəmə zalını tərk edən Tramp müxbirlərə bildirib. "Bu, Bayden administrasiyasi tərəfindən edilib ki, rəqibi, siyasi rəqibi yaralasınlar."

Daha sonra Truth Social sosial media platformasında böyük hərflərlə yazan Tramp "vətəndaş hüquqlarının" tamamilə pozulduğunu bəyan edib.

Təqsirli bilindikdən az sonra Tramp öz seçki kampaniyasının tərəfdarlarına göndərdiyi emaildə yazıb: "Mən siyasi məhbusam!"

Bayden qərarı şərh etməyib, lakin onun seçki kampaniyası seçiciləri 5 noyabr ümummilli səsvermədə Trampı məğlub etməyə çağırıb.

"Donald Tramp həmişə səhvən inanıb ki, şəxsi mənafeyi üçün qanunun öozmasının fəsadları ilə üzləşməyəcək," kampaniya bildirib. "Lakin bu günün qərarı Amerika xalqının sadə reallıqla üzləşdiyi faktı dəyişmir. Trampı Oval Ofisdən kənarda saxlamağın hələ də yeganə yolu var: seçki qutusu. Məhkum ya qeyri-məhkum, Tramp Respublikaçıların prezidentliyə namizədi olacaq."

Çərşənbə günü 12 nəfərdən ibarət münsiflər məhkəməsi təxminən dörd saat görüşüb. Bundan sonra isə onlar məhkəmə işinə sədrlik edən hakimdən National Enquirer tabloidinin keçmiş naşiri Devid Pekerin və bir zamanlar Trampın vəkili olan Maykl Kohenin onların 2015-ci ilin avqustunda Nyu Yorkdakı Trump Tower ofisində Trampla görüşü haqqında ifadələrinin stenoqramını dinləməyi xahiş ediblər.

Tramp 2016-cı il seçkilərinin nəticələrinə qeyri-qanuni təsir göstərmək cəhdində ittiham olunurdu.

Kohen ifadəsində deyib ki, Tramp ona “sadəcə olaraq bunu etməsini” – 2016-cı il seçkisinə bir neçə gün qalmış porno-aktrisa Stormi Danielsə on il öncə Trampla bir gecəlik cinsi əlaqəsinin olduğuna dair iddiası ilə bağlı səssiz qalması üçün 130 min dollar pul ödəməsini söyləyib.

Birinə səssiz qalması üçün pul vermək qanunsuz deyil, amma Tramp 34 maddədən ibarət ittiham aktında 2017-ci ildə Kohenə Danielsə ödədiyi pul üçün etdiyi ödənişi gizlətmək üçün şirkətin biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur. Tramp həmin pulu Kohenə göstərdiyi hüquqi xidmətlər üçün ödənildiyini iddia edib. Trampın vəkilləri iddia edib ki, Kohen pulu öz iradəsi ilə və Trampın xəbəri olmadan Danielsin vəkilərinə göndərib.

Keçmiş prezident ittiham aktını bütövlükdə rədd edib, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz