“Asiya İnkişaf Bank”ının Azərbaycanla bağlı proqnozu
Tarix: 15-03-2017, 12:57
"Asiya İnkişaf Bankı” (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır”.
civilazerbaijan.com “Report”a istinadən xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.
N. Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb:
“Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.
ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər.
O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər