"Neft erası başa çatıb" - Rövnəq Abdullayev
Tarix: 14-04-2017, 17:31
Bu gün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “SOCAR Polymer”in imkanlarının sahibkarlara təqdim edilməsi ilə bağlı işgüzar görüş keçirib.
SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, neft erası başa çatıb:
“Alternativ enerjinin payı dayanmadan artmaqdadır. Artıq 40-50 ildən sonra neftə olan tələbat azalacaq. Bu səbəbdən də kimya sənayesinin inkişafına böyük önəm verilməlidir.
Azərbaycan kimyasının gələcəyi perspektivlidir. Bu səbəbdən də sahibkarları kimya sənayesində reallaşdırılan layihələrdə yaxından iştirak etməyə dəvət edirəm”, - deyə R. Abdullayev qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər