ARDNF ABB-dəki depozitin müddətini uzadıb
Tarix: 18-04-2017, 17:50
"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycan Beynəlxalq Bankında (ABB) iki depoziti var. Bu depozitlərdən birinin müddəti uzadılıb".
"APA-Economics" xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, depozitlərdən birinin müddəti mart ayında başa çatıb: "Bu depozitin müddəti bir il uzadılıb. İkinci depozitin müddəti may ayında başa çatacaq. Yəqin ki, bu depozitin də müddəti 1 il uzadılacaq".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər