Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək
Tarix: 25-04-2017, 21:11
Gələn il Azərbaycanda gündəlik olaraq 2000 ton karbamid istehsal olunacaq.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu Bakıda II “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq forumunda “Azərkimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, bundan başqa, 2018-ci ildə polipropilenin gündəlik istehsalat həcmi 500 tona, polietilenin istehsalat həcmi 600 tona çatdırılacaq.
Azərbaycanda istehsal olunan polipropilen və karbamidin 80 faizi ixracata yönələcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər