Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Xəbərin çap versiyası
Tarix: 29-04-2017, 14:23
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100856S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

SİVİL.AZ xəbər verir ki, palatadan verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin, 24 aprel 2017-ci il tarixində Mərkəzi Bankın tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100756S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz