Mərkəzi Bank BVF qarşısında öhdəliklərini 10% artırıb

Xəbərin çap versiyası
Tarix: 5-05-2017, 00:08
Mərkəzi Bank


2016-cı ilin dekabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondu (BVF) qarşısında 366,589 mln. manat həcmində öhdəliklər var.

SİVİL.AZ AMB-nin 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, AMB-nin BVF qarşısındakı öhdəlikləri 2015-ci illə müqayisədə 33,262 mln. manat və ya 9,98% artıb.

Öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, BVF-nin cari hesabları 2 mln. 168 min, Xüsusi Borcalma Hüquqları (XBH) üzrə ümumi paylanma 283 mln. 32 min, xüsusi paylanma 81 mln. 389 min manat təşkil edib.

Qeyd edək ki, XBH ilə əmanətlərə BVF-dən kreditlərin alınması və hesablaşmaların aparılması məqsədilə istifadə edilən BVF-də yerləşən cari hesab daxildir. XBH ilə əmanətlərlə bağlı hesablanmış faiz aparıcı pul bazarlarında qısamüddətli bazar faiz dərəcələri əsasında hər həftə BVF tərəfindən müəyyən edilən dərəcələr istifadə etməklə hesablanır. Bankda BVF ilə xüsusi məqsədlər üçün iki ayrıca hesab aparılır: BVF-nin 1 saylı və BVF-nin 2 saylı hesabları. BVF-nin 1 saylı hesabı BVF-nin əməliyyatları üzrə bağlanmış əqdlər üzrə komissiyaların ödənilməsi, BVF-nin 2 saylı hesabı isə BVF əməkdaşlarının üzv ölkə ərazisində təsərrüfat məsrəflərini qarşılamaq üçün istifadə edilir.

Xatırladaq ki, XBH paylanması BVF-nin qərarı ilə üzv ölkələrə şərtsiz XBH ilə verilmiş məbləğlərdir. Ümumi XBH paylanması 28 avqust 2009-cu il tarixindən qüvvəyə minib. Paylanma BVF-nin üzv ölkələrinin valyuta ehtiyatlarını tamamlamaqla qlobal iqtisadi sistemin likvidliyinin təmin edilməsi üçün nəzərdə tutulur. Ümumi XBH paylanması BVF üzvlərinə onların mövcud BVF kvotalarına uyğun olan nisbətlərlə aparılıb. Ayrıca olaraq, 10 avqust 2009-cu ildə qlobal likvidliyi dəstəkləmək məqsədilə BVF-nin Razılaşma
Maddələrinə xüsusi birdəfəlik XBH paylanmasını nəzərdə tutan Dördüncü düzəliş qüvvəyə minib. Düzəlişə uyğun olaraq BVF üzvlərinə, o cümlədən Azərbaycana, 9 sentyabr 2009-cu il tarixində xüsusi paylama aparılıb. Üzvlər və nəzərdə tutulmuş mülkiyyətçilər XBH paylamalarından BVF ilə əməliyyatlar aparmaq üçün istifadə edə bilərlər. Bank paylamanı Azərbaycan hökuməti qarşısında valyuta öhdəliyi kimi uçota alıb.

BVF kvotası üzrə üzvlük haqqı 25 fevral 2016-cı il tarixinə 160,9 milyon XBH-dan 391,7 milyon XBH-a qədər artırılıb (31 dekabr 2016 və 2015-ci illər üçün müvafiq olaraq 929,465 min manat və 348,525 min manat). Bu məbləğə təminat olaraq Azərbaycan hökuməti tərəfindən qiymətli kağız buraxılıb və Bank tərəfindən BVF-nin xeyrinə saxlanılır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz