OPEC neft hasilatının azaldılması sazişini daha uzunmüddətli etmək istəyir

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 00:30
OPEC neft hasilatının azaldılması sazişini daha uzunmüddətli etmək istəyir


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələrin nazirləri neft hasilatının azaldılmasına dair mövcud sazişin müddətinin 2018-ci ilə qədər uzadılmasından əlavə daha da uzunmüddətli olması ehtimalını müzakirə ediblər.

SİVİL.AZ xəbər verir ki, qapalı keçən müzakirələrdə OPEC nümayəndələri hasilatın azaldılması sazişinin müddətinin daha da artırılması ilə bağlı hər hansı bir razılığa gəlinib-gəlinmədiyi barədə açıqlama verməyiblər.

Bundan başqa, ötən gün Səudiyyə Ərəbistanı və Rusiya bazarda təklif çoxluğunu aradan qaldırmaq və qiymətin ucuzlaşmasının qarşısını almaq üçün hasilatın azaldılması sazişinin müddətinin bu ilin sonunadək uzatmağa niyyətli olduqlarını bəyan ediblər. Bu addım isə təklif çoxluğunun aradan qaldırmaqla bağlı səyləri, eləcə də qiymət üzərindəki təsirlərin azalmasını dəstəkləyir.

OPEC və müttəfiqləri sazişin aqibəti ilə bağlı narahatlıqların artdığı bir mühitdə istehsalın azaldılmasına dair imzaladıqları tarixi müqavilə üzrə öhdəliklərini yenidən təsdiq etmək üçün yollar axtarırlar.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz