EBRD Azərbaycan üzrə proqnozunu dəyişib

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 13:57
EBRD Azərbaycan üzrə proqnozunu dəyişib


Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 0,5% azalacağını proqnozlaşdırır.

SİVİL.AZ xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.

Ötən ilin noyabr ayında EBRD 2017-ci il Azərbaycanda ÜDM-in 1% artacağını proqnozlaşdırıb.

"Cari ilin birinci rübündə Azərbaycanda ÜDM 0,9% azalıb. Bununla yanaşı, hesabat dövründə qeyri-neft sektoru 2,4% böyüyüb", - deyə hesabatda vurğulanıb.

EBRD-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2% artacaq. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz