Dolların “qara bazar”da qiyməti dəyişdi

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 11:26
Dolların “qara bazar”da


Dollar iyun ayına “qara bazar”da bahalaşma ilə başlayıb.

SİVİL.AZ xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən iyun ayının 1-də dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.

Bununla da “qara bazar”da dollar alqı-satqısı üzrə spred iki həftədən sonra yenidən minimum həddə düşüb- 0,5 qəpik. Qeyd edək ki, sonuncu dəfə belə spred may ayının 18-da qeydə alınmışdı. Adi qaydada isə “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Amma “qara bazar”a müraciətlərin kəskin azalması ilə “dollar alverçi”lərini minimum fərqlə ticarət etməyə vadar edib: “Müraciətlər azaldığına görə, daha az qazancla dollar alıb-satmağa məcburuq”.

Dollarla yanaşı, avronun “qara bazar”da satışı nisbətən bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manat olaraq qalıb, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz