"TANAP-ın tikintisi 70% yekunlaşıb" - "Petkim"in Baş direktoru

Xəbərin çap versiyası
Tarix: 24-03-2017, 16:02
"TANAP-ın tikintisi 70% yekunlaşıb" -

"Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb".

Bunu “Petkim Petrokimya Holding. A.Ş”nin baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, TANAP Türkiyənin qza olan tələbatının bir hissəsini təmin edəcək.

"Bu layihə vasitəsilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya ilk qazın çatdırılması planlaşdırılır. Tikintidə heç bir ləngimə yoxdur".

Qeyd edək ki, TANAP layihəsinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onlardan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz