Neft 25 dollara qədər ucuzlaşa bilər

Xəbərin çap versiyası
Tarix: 17-06-2017, 22:30
Neft 25 dollara qədər ucuzlaşa bilər


Gələn ilin ortalarında dünya bazarında neftin qiyməti 25 dollar/barelə düşə bilər. Bu barədə Rusiya Bankının pul-kredit siyasəti barədə hesabatında bildirilir.

SİVİL.AZ-ın məlumatına görə, sənəddə deyilir ki, Liviya və Nigeriyanın neft ixracını artırması, Çində iqtisadi artımın zəifləməsi və ümumilikdə enerji daşıyıcılarına tələbatın azalması 2018-ci ilin ortalarında əmtəə birjalarında “qara qızıl”ın 1 barrelinin qiymətini 25 dollara endirə bilər. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatının bu ilin ortalarından başlayaraq geriləməsinə səbəb ola bilər və yalnız gələn ilin 2-ci yarısından sonra ölkə iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıtma başlaya, iqtisadi artım bərpa oluna bilər. (istipress)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz