Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı iyunun sonunda olacaq

Xəbərin çap versiyası
Tarix: 28-03-2017, 18:10
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı iyunun sonunda olacaq


İyun ayının sonunda Türkiyə Prezidentinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq.

AZƏRTAC “cnnturk.com” saytına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, bu xəttin açılışı ilə Avropa və Pekin arasında fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Hazırda yüklər 45-60 gün arasında daşınırsa yeni xəttin istifadəyə verilməsi ilə bu müddət 12-15 günə qədər azalacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz