"Bank Respublika"da yeni sədr

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 11:08
"Bank Respublika"da yeni sədr


“Bank Respublika” ASC-nin səhmdarlarının ümumi yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin edilib.

SİVİL.AZ xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

"Bank Respublika"dan öncə Ş.Rəhimov “AccessBank” ASC-də İdarə Heyətinin sədr Müavini vəzifəsində çalışıb. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və "Warwick" Universitetində, "Warwick Business School" Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hazırda Stendford Universitetində “Strateji qərarlar və risklərin idarə edilməsi” proqramı üzrə təhsilini davam etdirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz