Azərbaycan Ukraynadan 10 təyyarə alır

Xəbərin çap versiyası
Tarix: 30-03-2017, 01:03
Azərbaycan Ukraynadan 10 təyyarə alır


Azərbaycan Ukraynanın "Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.

A. Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".

Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz