Bu il devalvasiya olacaq? - ŞƏRH
Tarix: 9-09-2017, 23:26
"Bu il kəskin devalvasiya olmayacaq".
SİVİL.AZ xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli belə deyib.
Onun sözlərinə görə, bu il Mərkəzi Banka likvidliyin saxlanması üçün əlavə vəsait verilib: “Mərkəzi bank dolların məzənnəsinin saxlanması üçün əlindən gələni edir. Əslində,məzənnə inzibati qaydada tənzimlənir. Lakin Avroda da ciddi dəyişiklik oldu. Avro manat qarşısında 15 faiz bahalaşdı. Hamını dollaırn məzənnəsi maraqlandırır. Digər valyutalara nisbətən manat təqribən 10-15 faiz dəyər itirib. İlin sonuna qədər Azərbaycanda dollarla bağlı hər hansı bir prosesin olmasının səbəbi ancaq xarici faktorlar ola bilər. Bu ilin sonuna kimi FED-in iki toplantısının keçirilməsi gözlənilir. İki toplantıda faiz artımı ilə, həmçinin likvidliliklə bağlı qərar olsa, dünyada yenidən dolların bahalaşmasını görə bilərik. Bu isə dolayısı ilə Azərbaycan manatına təsir göstərə bilər”.
Azərbaycan hökumətinin dollarla bağlı kəskin addımlarının olması ehtimalı çox aşağıdır.
“Mərkəzi Bank hazırki səviyyələrə yaxın ili tamamlamaq istəyir. Manatın 1.70-dən aşağı düşməsi, yaxud da möhkəmlənməsi ehtimalı da yoxdur. Bahalaşsa da, çox cuzi dəyişikliklər olacaq”, - deyə ekspert bildirib. (salamnews.org)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər