2018-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olunub
Tarix: 18-09-2017, 14:54
2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.
SİVİL.AZ bildirir ki, bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən məlumat verilib.
“Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər