Dövlət Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər olunub

Xəbərin çap versiyası
Tarix: 28-09-2017, 09:30
Dövlət Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər olunub


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsində dəyişikliklər edilib.

SİVİL.AZ-ın məlumatına görə, Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, bu barədə qərar ARDNF-in Müşahidə Şurasının sentyabrın 27-də keçirilən növbəti iclasında qəbul edilib. Azərbaycan Respublikasının Baş Naziri, ARDNF-in Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-in 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz