“Kristal Abşeron-1”-dən şikayət - VİDEO
Tarix: 14-09-2020, 20:42
Xırdalan şəhəri "Kristal Abşeron-1” ünvanında yaşayan sakinlər şirkətin fəaliyyətindən narazılıq edirlər.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Arqument.az-a şikayətçi sakinlər - Türkər Cəbrayıl və Nihat Cəbrayıl məlumat verib.
Onlar deyirlər ki, şirkətin inşa etdiyi binalarda təhlükəsizlik qaydaları qorunmur: "Bir çox problemlər var. Biri odur ki, axşam düşən sahibsiz itlər həyətə doluşur. Bir balaca ehtiyatsızlıq yetər ki, itlərin hücumuna məruz qalasan. Gecələr həyətdəki səs-küydən mənzillərdə də rahat oturmaq olmur. Bu azmış kimi binadan axıdılan su aşağı mərtəbələrdə yaşayan vətəndaşların bütün paltarlarını məhv edir".
Onların sözlərinə görə, sakinlər bu problemlərə etirazını bildirmək üsulunu kommunal borcları ödəməməkdə görürlər: "O zamansa bina rəhbərliyi heç bir qurumu xəbər etmədən "Azərişıq” xətlərinə müdaxilə edərək elektrik enerjisini dayandırır. Bunun nəticəsində neçə sakinin elektrik avadanlığı sıradan çıxıb. Bir sözlə, ərazidə "Ağa Nəzərəm, belə gəzərəm” qaydası hökm sürür".
Şikayətçi Nihat Cəbrayıl deyir ki, iki ildir şirkətə müraciət etsələr də, heç bir nəticə yoxdur: "Bizə deyirlər ki, gedin nə bilirsiniz edin. Yuxarı mərtəbələrdə atılan siqaret kötükləri paltarlarınızı yandırıb. Təkcə son bir ayda mənə 300 AZN ziyan dəyib. Tələb edirəm ki, mənə dəyən ziyan "Kristal Abşeron” rəhbərliyi tərəfindən ödənilsin. Duzgünlükdən, qanundan danışan rəhbərlik binada aparılan əlavə tikililər barədə hesabat verməlidir. Şirkət rəsmisi Məhayət Nəbiyevdən tələb edirik ki, zərərçəkənləri qəbul etsin”.
"Kristal Abşeron-1” şikayətlə bağlı məlumatlara münasibət bildirməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər