“Xəzər” jurnalının növbəti sayı çap olunub

Xəbərin çap versiyası
Tarix: 17-03-2017, 11:23
“Xəzər” jurnalının növbəti sayı çap olunub

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı çap olunub.

civilazerbaijan.com xəbər verir ki, jurnalın bu nömrəsinin “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında Yusteyn Qorderin “Portağal qız” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının sonu, “Poeziya” rubrikasında Cansuq Çarkvianinin şeirləri, “Macar ədəbiyyatı” rubrikasında Peter Nadaşın “Mənim ölümüm” hekayəsi işıq üzü görüb.

Nəşrin digər rubrikalarında Əli Ağbaşın şeirləri, Fransua Moriakın “Sevgi səhrası” romanı, Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, Yuri Polyakovun “Sinif yoldaşları” pyesi və digər maraqlı yazılar yer alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz