Pantomima Teatrında “Underground”un premyerası olacaq
Tarix: 17-03-2017, 15:08
Martın 26-da Azərbaycan Dövlət Pantomima Teatrının yeni tamaşası “Underground”un premyerası olacaq.
Teatrdan SİVİL.AZ-a bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev canlandıracaq.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər