“YARAT” da ədəbiyyat gecəsi keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 11:58
“YARAT” da ədəbiyyat gecəsi keçiriləcək

Aprelin 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş “Aldanma!” adlı ədəbiyyat gecəsinə təşkil olunacaq.

SİVİL.AZ xəbərinə görə, “YARAT”dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar Artist Eyyub Yaqubovun iştirakı ilə xüsusi proqram təqdim ediləcək. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının videoklipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı, qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Gecədə hər kəs iştirak edə bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz