2022-ci ildə Kaunas Avropanın mədəni paytaxtı olacaq

Xəbərin çap versiyası
Tarix: 30-03-2017, 12:29
2022-ci ildə Kaunas Avropanın mədəni paytaxtı olacaq


Litvanın Kaunas şəhəri 2022-ci ildə Avropanın mədəni paytaxtı olacaq.

SİVİL.AZ xəbər verir ki, bu barədə məlumat martın 29-da Litva Mədəniyyət Nazirliyində seçimin nəticələrinin elan edilməsi mərasimində açıqlanıb.

Kaunas bu müsabiqədə özünü müasir paytaxt kimi təqdim edərək, bunu iki müharibə arasındakı dövrdə şəhərin Litvanın müvəqqəti paytaxtı kimi identikliyi ilə əlaqələndirib. Palanqa və Nerinqa ilə birlikdə müraciət edən Klaypeda isə özünü görüş yeri, adi tarixi koordinatlardan, identiklikdən və coğrafiyadan asılı olmayan, dəyişən şəhər kimi təqdim edib.

Litvanın altı namizəd şəhəri arasından seçilən bu iki şəhər müsabiqəsinin ikinci mərhələsində Avropanın mədəni paytaxtı titulu uğrunda mübarizə aparıb.

Avropanın mədəni paytaxtı titulu Avropa İttifaqının üzvü olan iki dövlətin hər birinin yalnız bir şəhərinə verilir. 2022-ci ildə Avropanın mədəni paytaxtları adını almaq hüququ Litva və Lüksemburqa verilib. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz