D. Kulthard: "Bakı Formula-1 üçün ideal dərəcədə uyğun şəhərdir" - MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 31-03-2017, 00:02
D. Kulthard: "Bakı Formula-1 üçün ideal dərəcədə uyğun şəhərdir" -


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi səhifəsində dünya şöhrətli Formul-1 pilotu Devid Kulthardla müsahibə yer alıb.

SİVİL.AZ BŞH-nin saytına istinadla müsahibəni ixtisarla təqdim edir.

- Devid, siz artıq iki dəfə - ötən il keçirilmiş “Red Bull” şousu və Formula-1 Avropa Qran-Prisi zamanı Bakıda olmusunuz. Beləliklə, bu sizin şəhərimizə üçüncü səfərinizdir. Azərbaycan paytaxtı və Bakı trek haqqında nə deyə bilərsiniz?

- Mənim bəxtim gətirib ki, ilk dəfə Formula-1 Qran-Prisi keçirilməzdən bir neçə il əvvəl də Bakıda olmuşam və layihə üzrə işlər geniş vüsət almadan öncə şəhəri görə bilmişəm. Mən “Paddok” kompleksinin inşasının, orada sonradan içərisində mənim də fəaliyyət göstərdiyim şərhçi kabinələrinin quraşdırılmasının şahidi olmuşam. Ancaq etiraf etməliyəm ki, məni hər şeydən çox Bakının heyrətamiz tarixi təsirləndirib. Bakının möhtəşəm memarlığı ilə Formula-1 üçün ideal dərəcədə uyğundur. Bakı və Qran-Pri yarışları bir-birilərinə çox bənzərdir. Gələcəyə yönəlmək, texniki innovasiyalar və davamlı inkişaf məhz idmanla bu şəhəri birləşdirən əsas anlayışlardır.

Bundan əlavə, “Bakı şəhər halqası heyrətamiz trekdir və o, yarış iştirakçıları üçün əsl sınaq yeridir. Bu, şəhər treklərində nadir görülən xüsusiyyətlərdəndir.

- Siz avtomobil yarışlarında 14 illik təcrübəyə maliksiniz. Fikrinizcə, trekin hansı hissəsi daha maraqlıdır və yarış iştirakçıları üçün çətindir?


- Bakı trekinin ən maraqlı cəhəti odur ki, burada iki trek vahid bir bütündə birləşir. Məsələn, İçərişəhər divarları boyunca davam edən trekin səkkizinci döngəsində yoxuşu qalxan zaman həddindən çox dar bir hissə mövcuddur. Sonra çox yüksək sürətlə Dənizkənarı Milli Park istiqamətində şütüyürsən. Birinci yarış zamanı Valtteri Bottas sıralama turunda saatda 378 kilometr sürət yığmışdı. Bu isə Montsada yığılan sürətdən də çoxdur. Düşünürəm ki, birinci yarış zamanı pilotlar buna görə çox ehtiyatlı davranırdılar. Simulyatorlarla məşq zamanı onlar anlamışdılar ki, kiçik bir yanlışlıq qəzalara səbəb ola bilər və bu səbəbdən də onlar birinci dəfə daha az riskə getmək qərarına gəlmişdilər. Bax, bu əbəbdən mən ikinci Qran-Prinii səbirsizliklə gözləyirəm. Ümidvaram ki, pilotlar özlərini daha böyük risklərə hazırlayıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz