Yeni ünvanlarda Novruz yarmarkaları

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 13:17
Yeni ünvanlarda Novruz yarmarkaları

Regionlardan orta bazar qiymətinə satın alınan məhsullar Novruz bayramı münasibəti ilə təşkil edilən yarmarkalara çıxarılıb.

civilazerbaijan.com xəbər verir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən Oxu.Az-a verilən məlumata görə, region fermerlərindən tədarük olunaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb.

İndi sakinlərə 100 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunur.

Bu gündən həmin kənd təsərrüfatı məhsulları paytaxtın bir neçə yerində təşkil edilən yarmarkalara çıxarılıb. Yarmarkalar bu ünvanlarda keçirilir:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;

Xətai rayonu

- Bakı kinoteatrının yanı;

Sumqayıt şəhəri

Köhnə avtovoğzalın ərazisi.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bayram günlərində paytaxt əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz