Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı - ACIQLANDI

Xəbərin çap versiyası
Tarix: 24-03-2017, 15:01
Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı -

Ötən il Azərbaycanda B və C hepatit xəstəliklərindən əziyyət çəkən 1766 xəstəyə dövlət tərəfindən pulsuz dərman preparatı verilib.

Bu, barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat"ında qeyd edilib.

Hesabatda deyilir ki, B və C hepatit xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi, xəstələrin qeydiyyatının yaxşılaşdırılması, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.

B hepatit xəstəliyinə qarşı tətbiq edilmiş peyvənd nəticəsində xəstəlik halları 14 yaşına qədər uşaqlar arasında praktik olaraq, qeyd olunmur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz