Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix bəlli olub

Xəbərin çap versiyası
Tarix: 28-03-2017, 10:41
Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix bəlli olub


Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçiriləcəyi tarix açıqlanıb.

SİVİL.AZ xəbər verir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, forumun bu il oktyabr-noyabr ayları ərzində keçirilməsi nəzərdə tutulur.

Forumun keçirilməsində məqsəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsidir. Forumların uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malik olduğu hesab edilir.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə keçirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz