Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tarix: 29-03-2017, 12:42
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
SİVİL.AZ xəbər verir ki, "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəflinin "APA-Economics"ə verdiyi məlumata görə, bu gün axşam saatlarınadək “Hava limanı” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
“Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır”, - deyə A. Nəcəfli qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər