Sentyabrda Cocuq Mərcanlıda məktəb binası istifadəyə veriləcək

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 12:40
Sentyabrda Cocuq Mərcanlıda məktəb binası istifadəyə veriləcək

“Azərbaycanın müstəqil olduğu dövrdən başlayaraq ölkəmizin torpaqların işğal olunub. İnsanların doğma ərazilərin məcburi köçkün düşməsi təhsil sisteminə də təsir edir. İşğal nəticəsində 700-ə qədər təhsil müsəssisəsi dağıdılıb”.

Bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

O bildirib ki, atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar, bu da həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır: “2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.

M.Cabbarov deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılır: “Ali təhsil müəssiələrində təhsil alan qaçqın və məcburi köpkün uşaqların təhsil haqqı dövlət büdcəsində ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunmuş və yenisi tikilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının tikintisinə də başlanılıb və bu ilin sentyabr ayında ilk şagirdləribni qəbul etməyə hazır olacaq”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz