Azərbaycanlı sülhməramlılar Kabil aeroportunandır

Xəbərin çap versiyası
Tarix: 16-08-2021, 13:47


"Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin 16 avqust səhərə olan məlumatında deyilir.

“Biz sülhməramlılarımızla daim əlaqə saxlayırıq və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra əhalinin ölkədən kütləvi şəkildə axını baş verir. Xüsusilə, beynəlxalq hava limanında xaos başlayıb və adamlar istənilən reyslə ölkəni tərk etməyə çalışırlar.



"Əfqanıstanda hazırda mülki Azərbaycan vətəndaşları yoxdur".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərin görə, Azərbaycan Rrespublikasının Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

"Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”, - deyə Azərbaycan XİN sözçüsü əlavə edib.

***

Onlarla hökumət isə Əfqanıstandakı bütün tərəflərdən xarici vətəndaşların və ölkədən çıxmaq istəyən əfqanların çıxışına “hörmətlə yanaşmağa və bunu asanlaşdırmağa” çağırıblar. Bir sıra ölkələr vətəndaşlarını çıxarır, Əfqanıstandakı səfirliklərini bağlayırlar.

60-dan çox ölkənin birgə bəyanatında Əfqanıstanda “təhlükəsizlik vəziyyətinin pisləşdiyi” qeyd olunur. “Əfqanıstanda hakimiyyət və səlahiyyət sahibi olanlar insan həyatı və əmlakının qorunması, təhlükəsizlik və ictimai nizamın bərpası üçün məsuliyyət və hesabatlılıq daşıyırlar”, – bəyanatda vurğulanır.
ABŞ Dövlət Departamentinin vebsaytında yer almış bəyanatda deyilir ki, “yollar, aeroportlar və sərhəd keçidləri açıq qalmalı, sakitlik təmin olunmalıdır”.

“Əfqan xalqı təhlükəsizlik və şərəflə yaşamağa layiqdir. Beynəlxalq ictimaiyyət olaraq biz onlara kömək etməyə hazırıq”, – bəyanat bu sözlərlə bitir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz