Rusiyanın neft emalı zavodlarına zərbə məhdudiyyəti artıq qüvvədə deyil - ZELENSKİ

Xəbərin çap versiyası
Tarix: Bu gün, 13:51


Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcəyini açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, Prezident Volodimir Zelenski bu barədə "The Financial Times" qəzetinin oktyabrın 15-də dərc olunmuş sayındakı müsahibəsində bəyan edib.

"(Neft emalı zavodlarına hücumlarla bağlı) məhdudiyyət artıq qüvvədə deyil. Biz buna son qoyduq", — deyə Zelenski vurğulayıb.

O, bundan əvvəl Rusiyanı ABŞ prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini pozmaqda günahlandırıb. Zelenski Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini bəyan edib.

Ötən həftəsonu Trampın Rusiyadan dizel ixracına razılıq verməsi Avropadakı müttəfiqlərin, eləcə də həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub. Onların fikrincə, bu addım Rusiyanı Ukraynadakı müharibəni davam etdirməyə həvəsləndirə bilər.

Zelenski müsahibəsində Rusiya qoşunlarının Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdə davam etdiyini bildirib. Onun iddiasına görə, son bir həftə ərzində Rusiyanın hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub.

Ukrayna prezidentinin sözlərinə görə, ABŞ Rusiyanın neft emalı zavodlarına hücumlar dayandırılmayacağı təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının verilməsini dondura biləcəyi barədə xəbərdarlıq edib. Amma onun iddiasına görə, Vaşinqtonun bu xahişinə əməl olunsa da, Kiyev ballistik raket hücumları barədə artıq ABŞ-dən heç bir bildiriş almayıb, üstəlik, "Starlink" peyk rabitəsi terminallarının fəaliyyəti də məhdudlaşdırılıb.

Zelenski "Starlink"ə qoyulan məhdudiyyətlərin texniki nasazlıqlarla bağlı olmadığını vurğulayıb: "Bu, texniki problem deyildi, qərar idi".

Oktyabrın 15-də səhər saatlarında Rusiyanın Ukraynanın cənub-şərqində yerləşən Dnepropetrovsk vilayətinə endirdiyi hava zərbələri nəticəsində iki nəfər həlak olub. Bu barədə vilayətin qubernatoru Oleksandr Qanja Telegram kanalında məlumat paylaşıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, Rusiya qüvvələri Ukraynanın Odessa vilayətindəki İzmail limanına, eləcə də Odessaya doğru hərəkət edən iki yük gəmisinə zərbələr endirib. Nazirliyin iddiasına görə, həmin gəmilərdən hərbi məqsədlər üçün istifadə olunurdu, AzadlıqRadiosunun məlumatında qeyd olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz