Vitse-prezident Ceyms Vens Ağ evdə Paşinyanı qəbul edib

Xəbərin çap versiyası
Tarix: 7-02-2025, 19:39

Foto açıq mənbələrdən götürülüb

Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Ceyms Vens arasında görüş baş tutub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərə dair məsələlər, həmçinin regional gündəlik müzakirə olunduğu açıqlanıb.

Paşinyan həmçinin Vaşinqtonda beynəlxalq dini azadlıq üzrə sammitdə iştirak edib.

O, Vaşinqtonda işgüzar səfəri çərçivəsində bundan əvvəl erməni diasporunun və dini dairələrin nümayəndələrilə görüşlər keçirib, Toplum Tv-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz