Bir əldə iki qarpız? - "Premium Hotel", yoxsa məhəbbət oylağı?

Xəbərin çap versiyası
Tarix: 28-05-2022, 00:33


Ötən yazımızda Azərbaycanın qədim diyarlarından olan, mədəniyyət və əxlaqlı insanları ilə parlaq tarix yazmış Gəncə şəhərində yerləşən "Premium Hotel"də baş verən müəmmalı təyinatdan, gizli eşqdən yazmışdıq.

"Müəmmalı təyinat, gizli aşk - "Premium Hotel"də nə baş verir?" başlıqlı yazıda otelin direktoru Rasim Məmmədovla direktor müavini Sabirə xanımın məcaralarından bəhs olunurdu.

Yazıda bir zamanlar digər yerlərdə texniki işlərdə çalışan, idarəçilik-hotelçilik sahəsində minimal anlayışı olmayan Sabirə adlı xanımın müəmmalı formada Hotelin direktor müavini vəzifəsinə təyin edilməsi və bu təyinatın işçilər arasında müəyyən söz-söhbətə yol açdığı qeyd edilirdi.

Civilazerbaijan.com-un əldə etdiyi məlumatda Hotelin rəhbəri Rasim Məmmədovla Sabirə xanım arasında işdən kənar "münasibət"lərinin də olduğu iddia edilir.

İddialara görə hətta direktorla direktor müavinin "işgüzar" münasibətləri o qədər sıcaqdır ki, buna sutkanın 24 saatı da yetmir, bəzən "söz-söhbət" gecə saat 11-12 radələrinədək davam edir.

Əlbəttə ki, oteldə baş verənlər Gəncə şəhərinə yayılıb. Lakin Rasim Məmmədov gəncəlilər arasında yayılan xəbərdən müxtəlif bəhanələrlə yayınaraq bunların dedi-qodu olduğunu, həqiqəti əks etdirmədiyini deyir.

Ancaq elin gözü atalar demiş tərəzidir. Hər gün onlarla insanın axın etdiyi bir məkanda nəyisə gizlətmək mümkün deyil.

Son olaylar isə Rasim Məmmədovun heç də baş verənləri gizlətmək niyyətində olmadığını göstərir.

Direktor müavini Sabirə xanım isə bir müddət öncə işdən kənarlaşdırılan zaman otelin işçilərinə "Məni buradan heç kim uzaqlaşdıra bilməz, tezliklə işimə qayıdacam" deməsini və sonradan həqiqətən də işinə qayıtmasını indi ayrı cür isbatlamaq istəyir. Belə ki, yaxın zamanlarda Sabirə xanım qonşu ölkədə yaşayan qardaşını Rasim Məmmədovun başqa bir biznesinin rəhbərliyinə gətirtmək istəyir.

Artıq bu barədə Sabirə xanımın Rasim Məmmədovdan "dobro" aldığı da iddialar sırasındadır.

"Premium Hotel"-də baş verən sərgüzəştlərdən R.Məmmədovun qohumları-dostları, ailə üzvləri xəbərdar olsalar da, hadisəyə heç bir müdaxilə edə bilmirlər. Çünki R.Məmmədov onlara Sabirə xanımı bu vəzifədə hörmətli bir şəxsin xahişinə görə saxladığını deyir.

Məlumatda Sabirə xanımın həqiqətən də qonşu rayonların birində uzun illərdən bəri İdarə müdiri vəzifəsində çalışan, dövlətin vəsaitini müxtəlif yollarla mənimsəyərək özünə böyük var-dövlət toplamış bir şəxslə çox isti, dərin əlaqələrinin olduğu iddia edilir.

Əldə etdiyimiz məlumata görə əslən Kəlbəcər rayonundan olan bu şəxs Gəncə şəhərinə qonşu olan rayonların birində Yol İdarəsinin müdiri vəzifəsində çalışır. Həmin bu idarə mudirinin kimliyi, Sabirə xanım və Rasim Məmmədov üçbucağı haqqında növbəti yazılarımızda ətraflı bəhs edəcəyik.

Qeyd edək ki, "Premium Hotel"-in direktoru Rasim Məmmədovun atası Kəlbəcər camaatı arasında böyük hörmətə malik olan Eldar müəllim xeyli müddət əvvəl Sabirə xanımı "Premium Hotel"-dən uzaqlaşdırsa da, bir neçə gün sonra oğlu onu yenidən işə geri qaytarıb. Bundan sonra ata-oğul arasında müəyyən soyuqluğun yarandığı deyilir.

Vurğulamaq istərdik ki, Rasim Məmmədovun Gəncə şəhərində və ətraf rayonlarda rəhbərlik etdiyi obyektlərin həmyerlisi, hazırda Rəqəmsal Inkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Cavid Qurbanova məxsus olduğu bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz