Samantha Harvey 2024-cü il üzrə "Buker" mükafatının qalibi olub

Xəbərin çap versiyası
Tarix: 13-11-2024, 18:02


“Buker” (The Booker Prize) ədəbiyyat mükafatının builki qalibinin adı açıqlanıb.

Civilazerbaijan.com
bildirir ki, Britaniyalı yazıçı Samantha Harvey “Orbit” romanına görə bu mükafatı qazanıb.

Mükafatlandırma mərasimi Londonda olub və bu il münsiflər heyətinə britaniyalı yazıçı və rəssam Edmund de Vaal rəhbərlik edib.

O, münsiflər heyətinin yekdilliklə Samantha Harveyin romanına üstünlük verdiyini söyləyib. Qalib qısa siyahı əsasında seçilib. Qeyd edək ki, qısa siyahıya aşağıdakı 6 müəllif və əsər daxil idi.

1. Percival Everett (“James”)
2. Samantha Harvey (“Orbital”)
3. Rachel Kushner (“Creation Lake”)
4. Anne Michaels (“Held”)
5. Yael van der Wouden (“The Safekeep”)
6. Charlotte Wood (“Stone Yard Devotional”)


Qısa siyahıda əsərləri yer alan altı yazıçıdan beşi qadın idi. Bu, mükafatın 55 illik tarixində bir ilk idi.

Samantha Harvey 2019-cu ildən bəri mükafatı qazanan ilk qadındır.

136 səhifəlik roman beynəlxalq kosmik stansiyada altı astronavtın həyatının bir günündən bəhs edir.

Xatırladaq ki, “Buker” 1969-cu ildən verilir. Mükafat istənilən millətdən olan yazıçıların ingilis dilində yazılmış və Britaniya və ya İrlandiyada son bir ildə nəşr olunmuş bədii əsərlərinə açıqdır.

Qalibə həmçinin 50 min funt sterlinq mükafat da təqdim edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz