İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

Xəbərin çap versiyası
Tarix: 23-10-2024, 23:12


İki nəfərin boğulduğu tuneli tikən şirkətin rəhbərinin oğlu Almaniyada 40 milyona hotel alıb.

Civilazernaijan.com
bildirir ki, bunu jurnalist Cavanşir Həsənli yazıb. O, həmin otelin şəkillərini də paylaşıb.

Oktyabrın 22-də Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.

Tunel "Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Maraqlıdır ki, bu şirkətin körpünü tikib başa çatdırdıqdan sonra dövlət qurumlarına təhvil verib. Amma görünür ki, körpünün tikintisində ciddi korrupsiya faktları olub.

Tunelin açılışı 2020-ci ildə olub.

"Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.



Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.

"Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?", - deyə jurnalist qeyd edib.

Yeri gəlmişkən, "Arqument.az" bir neçə il öncə (2019-cu il) körpüdə problemlərin olduğu, drenaj sisteminin normal qurulmadığı, həmin ərəfədə yağan yağıntılar zamanı körpüdən keçidin mümkünsüz olduğu barədə məlumat yaymışdı.

Dövlət qurumları isə məlumatı təkzib edərək körpüdə drenaj sisteminin standartlara cavab verdiyini bildirmişdilər.







civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz