İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə COP29-a hazırlıq məsələlərini müzakirə edib

Xəbərin çap versiyası
Tarix: 9-10-2024, 20:49

FOTO: The New Jork Times

Oktyabrın 9-da dövlət başçısı İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı (John Podesta) qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib və Azərbaycan prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.

O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.

Öz növbəsində, İlham Əliyev bu konfransın yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib.

Eyni zamanda, Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb.

Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub, xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

ABŞ səfirliyi xəbər verib ki, görüş zamanı Con Podesta həmçinin, Azərbaycanı insan haqları ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz