Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib

Xəbərin çap versiyası
Tarix: 6-11-2024, 15:38


ABŞ-ın sabiq prezidenti Donald Tramp çərşənbə günü Pensilvaniya və Viskonsin də daxil olmaqla bir sıra mühüm ştatlarda vitse-prezident Kamala Harrisi məğlub edərək ölkənin 47-ci prezident seçilib.

Civilazerbaijan.com
bildirir ki, çərşənbə axşamı günü partiyalarının açıq üstünləyə malik olduğu ştatlarda səsvermələr bağlandıqdan sonra həm Harris, həm də Tramp tez qalib elan edilib. Bu vaxt, rəqabətin mövcud olduğu və seçkilərin nəticələrini müəyyən etmək üçün mühüm hesab edilən yeddi ştat üzrə nəticələrin necə olacağı gözlənilib.

Trampın Pensilvaniya ştatındakı qələbəsi, daha öncə Corciya və Şimali Karolinada qazandığı qələbələrlə bərabər, ona lazım olan 270 seçicilər kollegiyası səsindən 267-ni təmin etdi.

Harris seçkilərin nəticələrini öz xeyrinə dəyişmək üçün Miçiqan, Viskonsin, Nevada və Arizona ştatları da daxil olmaqla bütün digər ştatlarda qazanmalı idi.

Bundan əlavə, respublikaçılar çərşənbə axşamı 100 üzvü olan ABŞ Senatına nəzarəti ələ keçirbilər. ABŞ Nümayəndələr Palatasına hansı partiyanın nəzarət edəcəyi hələ məlum deyil.

Tramp çərşənbə günü Floridada keçirilən mitinqdə tərəfdarlarına təşəkkür edərkən qələbə qazandığını bəyan edib.

“Bu, indiyədək heç kimin görmədiyi bir hərəkat idi və açığını desəm, bu, bütün zamanların ən böyük siyasi hərəkatı idi”, - Tramp bildirib.

O, "sərhədlərimizi düzəldəcəyik" və "ölkəmizdə hər şeyi düzəldəcəyimizi" vədi verib. Tramp həmçinin “güclü, təhlükəsiz və firavan Amerika”ya nail olmaq üçün çalışacağını bildirib.

Harris kampaniyasının rəsmisi Vaşinqtondakı tərəfdarlarına bildirib ki, o, çərşənbə günü danışacaq. (Mənbə: VOA Amerikanın səsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz