İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib
Tarix: 17-10-2024, 22:41
İsrail Müdafiə Qüvvələri HƏMAS lideri Yəhya Sinvarın Qəzzada öldürüldüyünü təsdiqləyib.
Civilazerbaijan.com bildirir ki, rəsmi açıqlamada qeyd olunur ki, oktyabrın 16-da endirilən zərbələr nəticəsində 3 HƏMAS üzvü öldürülüb:
“Daha sonra onlardan birinin Yəhya Sinvar olduğu məlum olub”.
İsrailin xarici işlər naziri İsrael Katz dünyanın müxtəlif ölkələrinin xarici işlər nazirlərinə göndərdiyi mesajda Sinvarın öldürülməsinin israilli girovların azad edilməsi və Qəzzanın HƏMAS və İranın nəzarətindən azad edilməsi üçün “fürsət yaratdığına” əminliyini ifadə edib.
Y.Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçısı və ideoloqu hesab olunur.
O 2017-ci ildən HƏMAS-ın Qəzza zolağındakı qoluna rəhbərlik edir.
2024-cü ilin avqustundan Yəhya Sinvar həm də HƏMAS siyasi bürosunun rəhbəridir. Y.Sinvar bu vəzifəyə İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra seçilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər